Görün, Premyer Liqada futbolçulara nə qədər mükafat verilir!

22 Aprel 14:00 Sumqayıt 1 291
Görün, Premyer Liqada futbolçulara nə qədər mükafat verilir!

«Sumqayıt» rəhbərliyi komandaya son illərin ən böyük mükafat fondunu ayırıb.

Belə ki, Premyer Liqanın 31-ci turunda «Turan Tovuz»a 4:1 hesabıyla qalib gələn «kimyaçılar»ın hər biri 2500 manat alacaq.

Bu məbləğ sırf əsas heyət üzvlərinə çatacaq. Samir Abasovun sonradan şans tanıdığı oyunçular göstərilən rəqəmin 75 faizi qədər qazanc əldə edəcək.

Ehtiyatda qalanlara çatan vəsait isə 50 faiz civarında olacaq.

Tovuzda 3 xal əldə eləyən «gənclik şəhəri» təmsilçisi tarixində üçüncü, hazırkı baş məşqçisiylə ilk dəfə avrokuboklara yüksəlmək şansı yaxalayıb.

47 xala malik kollektiv hazırda turnir cədvəlinin 3-cü pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti