"Sumqayıt" növbəti yanlış qərarın ASTANASINDA

23 Sentyabr 2022 23:40 Sumqayıt 1 711
"Sumqayıt" növbəti yanlış qərarın ASTANASINDA

Yeni mövsüm heç cür uğursuzluq zolağından çıxmağı bacarmayan "Sumqayıt" sonda baş məşqçi Aleksey Baqanı istefaya göndərməyi qərara aldı.

Yerində, bəlkə də bir qədər gecikmiş qərardır. İndi isə futbol ictimaiyyətini düşündürən əsas məsələ yeni çalışdırıcının kim olacağıdır.

İlk günlər 3 real namizəd vardı. Hər üçü də yerli mütəxəssis - Samir Abasov, Aftandil Hacıyev və Zaur Həşimov.

Xəbər verdiyimiz kimi, Abasovla danışıqlar qısa çəkib və maaş məsələsində anlaşma əldə edilməyib.

Düşünümək olardı ki, digər iki namizəddən biri "kimyaçılar"ın başına keçəcək.

Amma heç kimin düşünmədiyi prezident Riad Rəfiyevin ağlına gəlib. O, yenidən əcnəbi çalışdırıcı axtarışına çıxıb. Artıq danışıqların start verildiyi, hətta ortada razılaşmanın olduğu barədə məlumatlar da var.

Deyəsən, klub prezidentinə Baqa ilə yaşadıqları dərs olmayıb.

Ötən mövsümün bu vaxtlarında yerli mütəxəssis Ayxan Abbasovu istefaya göndərib, yerinə əcnəbi Aleksey Baqanın gətirilməsinin nə qədər yanlış qərar olduğunu arxada qalan zaman özü əyani göstərdi.

İndiki halda ən ideal variant isə elə Aftandil Hacıyev və ya Zaur Həşimovla yola davam etməkdir. Hər iki mütəxəssis də komandanı hazırkı fiaskodan qurtaracaq potensiala sahibdir. Ümumiyyətlə, əgər bacarıqlı yerlilər varsa, niyə əcnəbi? Belədə zaman-zaman büdcənin azlığından şikayət edən klub, həm də maddi cəhətdənndə az xərcə düşmüş olacaq.

Düşünməyə isə az da olsa hələ zaman var. Növbəti yanlışı etməmək üçün...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"