“Sumqayıt” dünən baş məşqçisi Saşa İliçlə yollarını ayırıb.
Mütəxəssisin “gənclik şəhəri” təmsilçisi ilə müqavilə müddəti başa çatıb.
“Sumqayıt” serbiyalı məşqçiyə göstərdiyi xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Saşa İliç ötən ilin yayından bu komandanı çalışdırırdı. “Sumqayıt” 2025/2026 mövsümünü onun rəhbərliyi altında 41 xalla 7-ci pillədə başa vurub.
Serbiyalı çalışdırıcı ölkəmizdən ayrılarkən, klub funksionerləri vida xarakterli görüş keçirib.
Burada keçirdiyi 11 aya yaxın müddətdə ona göstərlən münasibətdən razılıq edən İliç bildirib ki, o, özünü uğursuz saymır.
İddia eləyib ki, mövcud büdcə komandanın avrokuboklara vəsiqə qazanmasına əngəl yaradıb.
Azərbaycanda iddialı və imkanlı klubların sayının çoxluğuna diqqət çəkən balkanlı deyib ki, əgər qış fasiləsindən sonra istədiyi 3-4 legioner alınsaydı, liderlər qrupunda yer ala bilərdilər.
SPORTİNFO.AZ

