AFFA-nın baş katibi klub prezidentinin xahişini yerinə yetirdi

15:00 Sumqayıt 1 179
AFFA-nın baş katibi klub prezidentinin xahişini yerinə yetirdi

Azərbaycan millisinin futbolçusu Emil Mustafayevin karyerasını “Sumqayıt”da davam etdirməsinin səbəbkarı məlum olub.

Həmin şəxs AFFA-nın baş katibi Cahangir Fərəcullayevdir.

Deməli, “Sumqayıt“ hələ ötən ilin yayında Emillə ön müqavilə imzalayıb.

Lakin o zaman bu keçid baş tutmadı. Səbəb isə Rusiya ilə müharibə üzündən Ukraynanı tərk edə bilməməsi idi.

“Polessye” qış toplanışı üçün Türkiyəyə gəlib. O da bu fürsətdən yararlanaraq, “Sumqayıt”ın düşərgəsinə təşrif buyurub. Belədə 6 ay qabaq imzalanmış kontrakt məhz indi qüvvəyə minib.

Hörmətli Fərəcullayevin xidməti nədən ibarətdir? Qoy, açıqlayaq.

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev yaxınlarda AFFA-ya baş çəkib, onunla görüşüb.

Həmin toplantıda Emin Mustafayevlə bağlı yaranmış problemi diqqətə çatdıran klubun bir nömrəli idarəçisi federasiyanın rəhbər şəxsindən köməklik göstərməsini xahiş edib.

Fərəcullayev da şəxsi əlaqələrindən və nüfuzundan yararlanaraq, bu problemi çözüb. O, Ukrayna Futbol Federasiyasında çalışan tanışları vasitəsilə oyunçunun karyerasını Premyer Liqada davam etdirməsinə icazə alıb.

Beləcə, sözügedən klub mövsümün ikinci yarısı üçün ilk keçidini reallaşdırıb. “Sumqayıt” müqavilə ilə “Polisye”yə məxsus yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb.

“Aleksandriya”nın yetirməsi karyerası boyunca “Çernomorets” və “Polisye”nin uğurları üçün çalışıb. 24 yaşlı yarımmüdafiəçi U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.

Emilin qarşıdakı aylar ərzində nə qədər pul qazanacağı bizə məlumdur. ”Kimyaçılar” ona hər ay 7000 dollar əməkhaqqı ödəyəcək.

Halbuki ”Polisye” ilə əvvəlki anlaşmaya görə, bu məbləğin yalnız yarısı ”gənclik şəhəri” təmsilçisi tərəfindən qarşılanmalı idi.

Di gəl, Ukrayna təmsilçisi maliyyə çətinliyi ilə üzləşməsini əsas gətirərək, maaş yükünü tamamilə ”Sumqayıt”lıların üzərinə qoyub.

Tərəflər arasında razılaşmaya görə, o, növbəti sezonu da ölkəmizdə keçirə bilər. “Gənclik şəhəri“ təmsilçisi Mustafayevi birdəfəlik transfer etmək hüququna yiyələnib.

“Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər qüvvədə olan yığmamızın üzvü üçün həmin vaxt təzminat ödəmək lazım gələcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 15:40 Atasının balası - VİDEO