Üç hücumçu məni razı salmır, birini də alın - Rəhbərlikdən tələb etdi!

17 Noyabr 2025 09:40 Sumqayıt 2 998
Üç hücumçu məni razı salmır, birini də alın - Rəhbərlikdən tələb etdi!

«Sumqayıt»ın baş məşqçisi Saşa İliç klub rəhbərliyi qarşısında yeni tələb qaldırıb.

Serbiyalı mütəxəssis ona hücumçu alınmasını istəyib.

Balkanlı çalışdırıcı Aleksandr Ramalenqom və Rüstəm Əhmədzadənin mövsümün geridə qalan hissəsindəki performansının onu qane etmədiyini bildirib.

İliçin fikrincə, onlar özlərini rəqabətsiz hiss elədiyindən, öz üzərlərində işləmirlər, bu da komandanın qeyri-sabit çıxışının əsas səbəblərindən biridir.

Yayda «kimyaçılar»la birillik müqavilə imzalamış sükançının dediyinə görə, serbiyalı Nikola Ninkoviçin formaya düşməsi bir qədər vaxt aparır və mövcud vəziyyət onda narahatlıq yaradır.

«Gənclik şəhəri» təmsilçisi çempionatın ilk dövrəsində 20 xal toplayıb. 11 turdan sonra turnir cədvəlinin dördüncü pilləsində qərarlasmış «Sumqayıt» 18 qol vurub, 11 top buraxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!