“Sumqayıt”lı futbolçular müştərilərlə yarışdı - FOTOLAR

21 Sentyabr 2021 00:56 Sumqayıt 599
“Sumqayıt”lı futbolçular müştərilərlə yarışdı - FOTOLAR

"Kontakt Home", "Sumqayıt" FK və "EML"-in təşkilatçılığı ilə "Kontakt Home" mağazalar şəbəkəsinin 10-cu mikrorayonda yerləşən "Sumqayıt-3" mağazasında "PlayStation turniri" keçirilib.

Sportinfo.az xəbər verir ki, turnirin qalibləri "Kontakt Home"-dan müxtəlif dəyərdə hədiyyə kartları qazanıb.

"Sumqayıt" Futbol Klubunun oyunçuları Süleyman Əhmədov, Rüfət Abdullazadə və Səbuhi Abdullazadə turnirin qaliblərinə klubumuzun oyun geyimi və futbolçular tərəfindən imzalanmış topu hədiyyə olaraq təqdim edib.

Hər komandada bir peşəkar futbolçunun olması iştirakçıların güclərinin bərabər olmasına kömək edib.

Beləliklə, birinci yerə çıxan komandanın həvəskar futbolçusu “Kontakt”dan 150 AZN-lıq, ikinci yerə çıxan – 100 AZN-lıq, üçüncü yerə çıxan – isə 50 AZN-lıq hədiyyə kartı qazanıb.

Bunlarla yanaşı, qaliblər həm də “Sumqayıt” FK-dan imzalı forma və peşəkar toplarını hədiyyə qazanıblar.

“Kontakt” “Sumqayıt”FK-nın rəsmi dəstəkçisidir.

Digər Xəbərlər
Xəbər Lenti