“Qarşıda 3-4 gün vaxtları olacaq” – Ayxan Abbasov “Qarabağ” haqda

18 Sentyabr 2021 17:00 Sumqayıt 929
“Qarşıda 3-4 gün vaxtları olacaq” – Ayxan Abbasov “Qarabağ” haqda

“Şükürlər olsun, “Qarabağ”la oyunöncəsi hər şey yaxşıdır. Əsas odur ki, zədəlilərimiz yoxdur”.

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Qarabağ”la keçirəcəkləri oyundan əvvəl Sportinfo.az-a açıqlamasına bu sözlərlə başlayıb.

40 yaşlı mütəxəssis bazar ertəsi keçiriləcək oyuna qədər gördükləri hazırlıqdan danışıb: “Səbail”ə oyunun videoyazısına baxıb, səhvlərimizi gördük.

Və həmin səhvlər üzərində çalışmaq üçün vaxtımız oldu. Çempionat yeni başlayıb, oyundan-oyuna “artırıb”, səhvləri azaltmaq lazımdır”.

Sentyabrın 12-də “Neftçi” ilə derbi matçına çıxan “Qarabağ”, ayın 16-da “Bazel”lə qarşılaşmada xeyli güc sərf etdi. Sentyabrın 20-də isə “Sumqayıt”ı qonaq edəcək.

Maraqlıdır, rəqibin 8 gündə üçüncü oyuna çıxması “kimyaçılar”ın xeyrinə ola bilərmi? Ümumiyyətlə, ağdamlıların sıx qrafikdə çıxış etməsi Premyer Liqadakı rəqiblərinə üstünlük verirmi?

Abbasov təcrübəli komandanın bu baxımdan çətinlik yaşamayacağını düşünür:

“Bu gün “Qarabağ”ın geniş heyəti var. Ötən mövsümün sonlarına yaxın bəzi futbolçuların zədələnməsi komandaya müəyyən çətinliklər yaratmışdı.

Görünür, mümkün problemləri nəzərə alıb, cari mövsüm üçün heyəti gücləndirdilər. Bəlkə də, “Neftçi” və “Bazel”lə oyunlardan fərqli, rotasiyalar edəcəklər.

Bir də ki, “Qarabağ” iki cəbhədə mübarizə aparmağa öyrəncəlidir. Futbolçuların bərpası üçün qarşıda 3-4 gün vaxtları olacaq”.

Premyer Liqanın “Qarabağ” – “Sumqayıt” oyununun start fiti sentyabrın 20-də, saat 19.00-da “Azərsun Arena”da çalınacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!