"Sumqayıt"dan yeni transfer - rəsmi

24 İyun 2021 19:00 Sumqayıt 1 194
"Sumqayıt"dan yeni transfer - rəsmi

“Sumqayıt” 2021/22 mövsümü üçün daha bir futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,son mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovla 1 illik müqavilə imzalanıb.

Hüseynov “20” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Roman Hüseynov “Qəbələ” (35 oyun, 2 qol) və “Kəpəz”in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.

Xatırladaq ki, bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" bu yay Yusif Nəbiyev, Xəzər Məhmudov və Tərlan Əhmədlini də transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM