“Sumqayıt”da SÖVDƏLƏŞMƏ

9 İyun 2021 16:20 Sumqayıt 1 608
“Sumqayıt”da SÖVDƏLƏŞMƏ

2018-ci il noyabrın 14-də “Sumqayıt”ın baş məşqçisi təyin olunan Ayxan Abbasovla yeni müqavilə imzalanıb.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı çalışdırıcı növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.

Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirən “kimyaçılar” 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyət əldə edib. Komandanın qazandığı tarixi uğurlarda Ayxan Abbasovun da böyük payı var.

Belə ki, “Sumqayıt” onun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan Kubokunun finalında iştirak edib, iki dəfə isə avrokuboklara vəsiqə qazanıb.

Xəbər Lenti