"Sumqayıt"ın prezidenti insafa gəldi, 1000-də dayanmadı

10 Fevral 2021 09:40 Sumqayıt 1 392
"Sumqayıt"ın prezidenti insafa gəldi, 1000-də dayanmadı

Ölkə kubokunda yarımfinal mərhələsinə vəstqə qazanan «Sumqayıt»ın qazancı məlum olub.

Evdə məğlub olduğu «Səbail»dən Bayılda 2:1 hesablı revanş götürməklə məqsədinə çatan «kimyaçılar» Riad Rəfiyevdən sevindirici məlumat alıb.

Klub prezident əsas heyət üzvlərinə 1200 manat mükafat vəd edib.

«Sumqayıt»da mükafait fondu standartdır. Komanda Premyer Liqada 6 rəqibinin «baş»ına 500 manat ənam qoyub. «Qarabağ» və «Neftçi» ilə oyunlarda isə bu məbləğ iki dəfə artırılır.

Kuboka gəlincə, burada rəqəm 1000 manat olaraq müəyyənləşdirilib. Görünür, «Səbail»lə qarşılaşmaların gərginliyi Rəfiyevi bir qədər insafa gətirib.

«Gənclik şəhəri» təmsilçisi yarımfinalda «Qarabağ»la görüşəcək. Yəqin ki, bu dəfə fond daha da artırılacaq. Hər halda finala çıxmaq mümkün olsa, bu, klub tarixinə ikinci belə hadisə kimi keçəcək.

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!