“Nə vaxt Ukraynadan çıxa bilsə, onda da bizim komandaya qoşulacaq”

20:20 Sumqayıt 851
“Nə vaxt Ukraynadan çıxa bilsə, onda da bizim komandaya qoşulacaq”

Azərbaycan yığmasının debütantı Emil Mustafayevin «Sumqayıt»a gəlib-gəlməyəcəyi hələ sual altındadır.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bildirib.

Press-ateşenin sözlərinə görə, Ukraynada çıxış edən yarımmüdafiəçinin karyerasını ölkəmizdə davam etdirməsi onlardan asılı deyil.

Sitat:

«Onunla apardığımız danışıqlar davam edir. Hələ yekun nəticə yoxdur.

Emil Mustafayev nə vaxt Ukraynadan çıxa bilsə, onda da bizim komandaya qoşulacaq».

Müqavilə ilə «Polessye»yə məxsus olan həmyerlimiz Ukraynadan ayrılmağa çətinlik çəkir. Baxmayaraq ki, klubu onun karyerasını Premyer Liqamızda davam etdirməsinə icazə verib.

Son olaraq icarə əsasında «Aleksandriya»nın formasını geyinən gənc ölkə hüdudlarına çıxmaq üçün yerli hökümət qurumlarından izn istəyib.

Lakin dəfələrlə müraciətlər ünvanlanmasına rəğmən, Ukraynanın rəsmi dairələri onun ölkəni tərk eləməsinə indiyədək «yox» deyib.

Təbii ki, bu qeyri-müəyyənlik «Sumqayıt» rəhbərliyində narahatlıq yaradıb. Bununla bağlı mövqelərini Mustafayevin diqqətinə çatdırıblar.

23 yaşlı futbolçu azərbaycanlı olsa da, Ukraynada doğulub və karyerasına orada başlayıb.

Emil Ukrayna millisindən təklif alsa da, seçimini Azərbaycandan yana edib. U-21-də 3, əsas yığmada isə 5 oyunda meydana çıxıb.

O, daha əvvəl "Qarabağ" və "Neftçi"dən sərfəli təkliflər alsa da, Avropada oynamaq istədiyini bildirərək, rədd cavabı verib.

Səbrləri tükəndi, Azərbaycana gələ bilməyən azərbaycanlıya VAXT QOYULDU!

Digər Xəbərlər
Xəbər Lenti