“Türkiyə Azərbaycanın yanındadır”

19 Sentyabr 2023 18:30 Sizdən Bizə 680
“Türkiyə Azərbaycanın yanındadır”

Sentyabrın 19-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti