
“Azərbaycanda təkcə futbol oynamadım, həm də yaxşı dostlar qazandım”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında serbiyalı qapıçı Saşa Stamenkoviç deyib.
Ölkəmizdə “Neftçi” və “Sabah”ın formasını geyinmiş legioner bildirib ki, 1 ildir buradan ayırılsa da, hələ də əlaqə saxladığı insanlar var:
“İmkan daxilində zəngləşirik, yazışırıq. Ən vacibi odur ki, Serbiyada mənim qapılarım azərbaycanlı dostlarımın üzünə açıqdır”.
Saşa Stamenkoviç Azərbaycana ilk dəfə 2011-ci ildə gəlib. Dörd mövsüm “Neftçi”nin qapısını qoruyub.
2018-ci ildə yenidən bura qayıdıb, “Sabah”da çıxış edib.
O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.