"Azərbaycanda yaxşı yerli futbolçular var, onları transfer etmək lazımdır"

09:00 Sizdən Bizə 267
"Azərbaycanda yaxşı yerli futbolçular var, onları transfer etmək lazımdır"

"Bursaspor"un sabiq baş məşqçisi Güvənç Kurtar sportal.az-a açıqlamasında millimizin müdafiəçisi Toral Bayramovun keçidinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin fikrincə, Bayramov "Bursaspor"a xeyir verə biləcək.

2008/2009 mövsümündə "timsahlar"ı çalışdırmış 75 yaşlı məşqçi Toralın perspektivli futbolçu olduğunu da deyib:

"Türkiyədə həmişə deyirdim ki, Azərbaycanda yaxşı yerli futbolçular var, onları transfer etmək lazımdır. Bəzi klublar bunu edirdi.

İndi də "Bursaspor" azərbaycanlı futbolçu gətirdi. Hər iki tərəf üçün uğurlu olmasını diləyirəm.

Toral "Qarabağ"da, Azərbaycan millisində aparıcı futbolçulardan olub, yaxşı da oyunçudur. Fikrimcə, o, "Bursaspor"da uğurlu olacaq.

Yaxşı zərbələri var, “Qarabağ”ın heyətində “Bodo Qlimt”ə vurduğu qolu da xatırlayıram. Ümidvaram ki, Türkiyədəki karyerası uğurlu alınacaq və “Bursaspor”a xeyir verəcək".

Toral Türkiyə birinci liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!