
Bir müddət öncə Azərbaycan yığmasına əsas namizəd olan Okan Buruk futbolumuzla yaxından maraqlanır.
Bu haqda Sportinfo.az-a “Səbail”in sabiq çalışdırıcısı Aftandil Hacıyev bildirib.
Bugünlərdə İstanbulda “Qalatasaray”ın sükançısı ilə görüşən “Pro” kateqoriyalı mütəxəsis onunla bu haqda söhbət edib:
”Okan Buruk dedi ki, Azərbaycanda klub futbolu inkişaf eləyir. “Qarabağ”ın adını çəkdi, televizorda onların oyunlarını izlədiyini söylədi.
Mən ona xatırlatdım ki, “Qarabağ” 2 il öncə Avropa Liqasının qrup mərhələsində ev oyunlarını İstanbulda, həmin vaxt baş məşqçisi olduğu “Başakşehir”in stadionunda keçirib.
Okan Buruk “Qarabağ”ın Avroöpa səviyyəsində güclü komanda olduğunu, dam inkişaf etdiyini bildiridi. Dedi ki, Qurban Qurbaanov orada çox böyük iş görür.
Ümumiyyətlə, Türkiyədə Qurban Qurbanovu çox yaxşı tanıyırlar və hörmət bəsləyirlər.
Söhbət əsnasında hiss etdim ki, Okan Buruk “Qarabağ”ın futbolçularına böyük dəyər verir. Kadidən söz düşdü, mən ona braziliyalı yarımmüdafiəçinin böyük potensiala malik olduğunu söylədim”.