"Düzünü deyim ki, Azərbaycana qayıtmaq ürəyimcə olardı"

25 Aprel 2022 14:00 Sizdən Bizə 2 150
"Düzünü deyim ki, Azərbaycana qayıtmaq ürəyimcə olardı"

«Son iki mövsümü Azərbaycanda keçirmişəm və yenidən bura qayıtmaq istəyirəm».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında Yurgen Qoca deyib.

2020-ci ilin yayında «Qəbələ» ilə anlaşan, cari mövsümü isə «Səbail»də keçirən albaniyalı legioner özünü ölkəmizdə rahat hiss etdiyini söyləyib.

30 yaşlı müdafiəçi bir müddət sonra gələcək karyerası barədə qərar verəcəyini bildirib:

«İndi mənim üçün ən vacib məsələ əməliyyatdır. «Şamaxı» ilə oyunda aldığım zədə mənə çox problem yaradır.

Yaxınlarda Albaniyada əməliyyat olunmalıyam. Hər şey yaxşı olsun, sonra gələn təklifləri götür-qoy edəcəm.

Düzünü deyim ki, Azərbaycana qayıtmaq ürəyimcə olardı. İki il az vaxt deyil və mən çempionat haqda kifayət qədər məlumatlıyam.

Buradakı klubların əksəriyyətinin maliyyə vəziyyəti demək olar eynidir. Yaxşı nədirsə, qoy o da olsun».

Digər Xəbərlər
Xəbər Lenti