"Qorxmaq lazım deyil, hər adamın başına gələ bilər"

5 Dekabr 2020 21:20 Şamaxı 1 026
"Qorxmaq lazım deyil, hər adamın başına gələ bilər"

«Bu elə bir xəstəlikdir ki, heç kim bundan sığortalanmayıb».

Sportinfo.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin müdafiəçisi Rail Məlikov deyib.

Koronavirusa yoluxan təcrübəli futbolçu hazırda ev şəraitində müalicə olunur: «Elə bir virusdur ki, orqanizm güclü olan adamlar da tuta bilər.

Çevrəndə koronavirus olan kimsə varsa, özünü daha çox qorumalı, ehtiyatı əldən verməməlisən. Qorxmaq lazım deyil. Hər adamın başına gələ bilər.

Öncədən tədbirlər görmək lazımdır. Özümdə nəsə olacağın gözləmirdim. Məşqdən çıxanda, hiss elədim ki, özümdə nəsə zəiflik var. Öncə əzələ ağrıları başladı.

Bu ağrılar ayaqda, beldə ola bilər. Başağrısı gələ bilər. Hər insan onu fərqli keçirir. Orqanizmdən asılıdır. Məndə qızdırma oldu və üstünə düşdüm. Çoxlu vitamin qəbul etmək, tərləmək lazımdır.

İlk günə baxanda, artıq normalam. Hiss edirəm ki, orqanizm özü mübarizə apardı. Testin cavabı pozitiv çıxandan sonra klub rəhbərliyi sağ olsun, lazım olan bütün tədbirləri gördülər.

Virusa yoluxanları dərmanlarla təmin etdilər. Dövlət tərəfindən də maraqlandılar. Bildirdim ki, dərmanlara ehtiyac yoxdur. Klub tərəfindən hər şeylə qarşılanırıq.

Qoy, ehtiyacı olan insanlara ayırsınlar. Kiminsə ehtiyacı yoxdursa, dövlətin köməyindən istifadə eləməməlidir. Müalicəni hələ də davam etdirirəm.

İndi özümü yaxşı hiss edirəm. İlk iki gün narahatlıq oldu. Düşünməzdim koronavirus olar. Adi xəstəlik kimi qəbul edirdim, amma virus çıxdı. Hərə bir cür keçirir bunu.

İnanıram ki, növbəti testin cavabı neqativ çıxar. Hər kəsə tövsiyə edirəm ki, yaxınlarını qorusun. İnsan özünü yaxşı hiss edir deyə, istəyir ki, çıxıb gəzsin, məşqləri bərpa eləsin.

Ancaq iki həftəlik sağalma müddətinə və növbəti testin cavabına kimi dözmək lazımdır. Özünü hamıdan təcird eləməklə bərabər, qayda-qanunlara əməl etməlisən.

Ən vacibi qaldığın otağın pəncərəsini açıb, gündə iki dəfə havasını dəyişmək lazımdır. Təmiz oksigen çox önəmlidir. Kimdəsə ciddi fəsad törədirsə, həkimlərlə mütləq əlaqə saxlamalıdır.

Allah hamını qorusun! Gözə görünməz xəstəliklə üz-üzəyik. Bununla hamımız mübarizə aparmalıyıq. Kimsə deyə bilər ki, məndə adi qripdir, mən koronavirus deyiləm.

Amma bu, elə virusdur ki, bunu adi də keçirə bilərsən. Elə olar, heç hiss eləməzsən. Mən də inanmırdım. Adi bir qızdırma gəldi, keçdi. Düşündüm, hər il olan şeydir.

Sonra gördüm ki, yox, belə deyil. Ona görə, maskadan istifadə etmək lazımdır. Azacıq narahatlıq hiss edəndə, ictimai yerdən uzaq olmalı, özünü təcrid etmək lazımdır.

Bu, hamının özünün ailəsinin, yaxınlarının qayğısına qalmaq deməkdir. Hazırda məndə xəstəlyiin heç bir əlaməti yoxdur. Yalnız Burunda tutulmalar var, o da normaldır.

Hətta testin cavabı neqativ çıxanlarda da bu əlamət qalır. İndi müalicəni davam edirəm, aradan artıq 5 gün keçib. Onsuz da, ondan əvvəl də profilaktiv tədbirlər görürdük.

Neqativ çıxanda belə, həkimlər umminteti gücləndirmək üçün dərmanlar verirdilər. İndi də evdə hamısından var, istifadə edirəm. Məndə öskürək olmadı, sadəcə, bir gün elə-belə qızdırma oldu. Güclü halsızlıq, qızdırma olmadı».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti