"Mənim icazəm olmadan bir quş da buranın üzərindən uça bilməz" - ŞOK XƏBƏRDARLIQ!

5 Dekabr 2020 13:20 Şamaxı 2 055
"Mənim icazəm olmadan bir quş da buranın üzərindən uça bilməz" - ŞOK XƏBƏRDARLIQ!

«Keşlə»də icraçı direktor vəzifəsinə gətirilən Ceyhun Sultanov futbolçulara sərt xəbərdarlıq edib.

Sportinfo.az-ın məlumatına görə, «Neftçi»dən uzaqlaşdırılandan sonra paytaxt klubuna təyinat alan funksioner nizam-intizamla bağlı tədbirləri güclənlirəcəyini bildirib.

O, kollektiv üzvləri ilə görüşündə bu barədə geniş söhbət açıb: «Uğur qazanmaq istəyiriksə, hər kəs məsuliyyətli olmalıdır. Burada komandaylabağlı qərarları mən verəcəm.

Mənim icazəm olmadan bir quş da stadionun üzərindən uça bilməz. Rəhbərlik mənə geniş səlahiyyətlər verib. özlərini göstərə bilməyənləri burada saxlamayacağıq.

Hamının qışa kimi vaxtı var. Ondan sonra islahatlara başlayacağıq. Artıq məndə siyahı var və araşdırıram ki, hansı menecerlər bura futbolçu gətirib.

Çünki bəzi menecerlər onlara olan inamdan sui-istifadə edib, kimi gəldi, kluba calayıblar».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti