"Keşlə"də koronavirusa yoluxmuş futbolçuların sayı 11-ə çatıb.
Sportinfo.az xəbər verir ki, son olaraq komandanın yarımmüdafiəçisi Con Kamarada infeksiya aşkarlanıb.
Sierra leoneli oyunçudan götürülmüş analizin nəticəsi müsbət çıxıb. Karantinə alınan 32 yaşlı futbolçunun müalicəsinə başlanılıb.
"Keşlə"də daha əvvəl Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko, Tural Axundov, Miyusko Boyoviç, Rəhman Hacıyev, Şəhriyar Əliyev və Vüsal İsgəndərli virusa yoluxub. Son 3 oyunçu artıq xəstəlikdən sağalıb.

