"Keşlə"də o da virusa yoluxdu

4 Dekabr 2020 22:40 Şamaxı 778
"Keşlə"də o da virusa yoluxdu

"Keşlə"də koronavirusa yoluxmuş daha bir futbolçunun adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, komandanın gənc hücumçusu Xəzər Mahmudovun testi də müsbət nəticə verib.

Bununla da heyətdə infeksiya aşkarlanmış oyunçuların sayı 10-a çatıb. Bunlardan 7-si - Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko, Tural Axundov və Miyusko Boyoviç aktiv koronavirus xəstələridir.

Rəhman Hacıyev, Şəhriyar Əliyev və Vüsal İsgəndərli isə müalicə alaraq sağalıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti