"Komandamız yaxşıdır, bir də bu hesabla uduzmarıq"

5 Noyabr 2020 09:40 Şamaxı 718
"Komandamız yaxşıdır, bir də bu hesabla uduzmarıq"

«Hamımız qəbul edirik, amma bu hesabı qətiyyən gözləmirdik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin müdafiəçisi Rail Məlikov deyib.

Mövsümlərarası fasilədə «Sumqayıt»ı paytaxt klubuna dəyişən təcrübəli futbolçu Premyer Liqanın 8-ci turunda «Qarabağ»a 1:6 hesablı məğlubiyyətdən danışıb.

O, nəticənin «Keşlə»nin gücünü əks etdirməyi qənaətindədir: «Kifayət qədər yaxşı heyətimiz var. İstər yerlilər, istərsə də legionerlər komandanın gücünə güc qatır.

Klubumuzun məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. «Qarabağ» oyunu bir qəza kimi qiymətləndirirəm. Oldu və bitdi. İnanıram ki, bir də olmaz.

Rəhbərliyimiz komandaya hər cür şərait yaradıb. Bizim üzərimizə düşən vəzifə onların və məşqçilərin etibarını doğrultmaqdır. Şübhəm yoxdur ki, komanda olaraq bunu bacaracağıq.

Bu yolda mən də əlimdən gələni etməyə hazıram. Bütün məşqlərdə səylə çalışıram. Cari mövsümdə hələ meydana çıxmasam da, inanıram ki, hər şey yaxşı olacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti