Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılanır.
Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bildirirlər.
Onlardan biri də “Keşlə“nin yeniyetmələrdən ibarət komandasının futbolçusu Fərid Tağıyevdir. Sportinfo.az Prezidentin saytına istinadla həmin məktubu təqdim edir.
Şəmkir sakini Fərid Tağıyev: “Hörmətli Prezidentimiz, ordumuzun əks-hücum əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl şəhərlərinin və bir çox kəndlərimizin işğaldan azad olunması münasibətilə Sizi və əsgərlərimizi ürəkdən təbrik edirəm.
Nə xoş Azərbaycan xalqına ki, Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Mənim 16 yaşım var, “Keşlə” futbol komandasında oynayıram.
Hər bir Azərbaycan vətəndaşı kimi, mən və komanda yoldaşlarım döyüşlərdə igid əsgərlərimizlə çiyin-çiyinə vuruşmağa hazırıq. Uca Allah Sizi və əsgərlərimizi qorusun.
Qəlbi Vətən sevgisi ilə çırpınan bir vətəndaş olaraq böyük qürurla deyirəm ki, Qarabağ Azərbaycanındır!”.

