"Prezidentdən xəbəri eşidən kimi ailəmə zəng etdim" - Millimizin zəngilanlı müdafiəçisi

20 Oktyabr 2020 21:20 Şamaxı 1 057
"Prezidentdən xəbəri eşidən kimi ailəmə zəng etdim" - Millimizin zəngilanlı müdafiəçisi

"Ölkə prezidentindən Zəngilanın işğaldan azad olunması xəbərini eşidən kimi ailəmə zəng etdim. O anda hamımız kövrəldik. Bu elə bir hisslərdir ki, vallah, sözlərlə dilə nəsə gətirmək olmur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin Zəngilandan olan müdafiəçisi Şəhriyar Əliyev deyib.

Mərkəz müdafiəçisi tezliklə doğma yurda ayaq basmağın xiffəti ilə yaşadığını bildirib: "Açığı, mən heç rayonu görməmişəm. Düşmən Zəngilanı işğal edəndə 1 yaşım olub.

Uşaqlıqdan ailəm, qohumlar hər zaman Zəngilandan danışanda ürəyim sızlayardı. Nənəmin orda qəbri var. Ona görə də çox istəmişəm doğma elimi görüm.

Zəngilandakı evimizi görmək istəyərdim. Bilmirəm indi qalar ya yox. Bu, uşaqlıqdan ən böyük arzum olub. Hər zaman bunun üçün dualar edirdim. Allaha çox şükür olsun ki, dualarımız həyata keçdi"

Əliyev Ali Baş Komandana və ordumuza təşəkkür etməyi də unutmadı: "Dost-tanış yayda öz rayonuna, kəndinə istirahətə gedəndə adam istər istəməz bir az pis olurdu.

İstəyirdim ki, sənin də doğma yurduna gedə bilmək kimi bir şansın olsun. Şükürlər olsun bu bizə də qismət olacaq. Buna görə Ali Baş Komandana təşəkkür edirəm. Əsgərlərimizin qarşısında baş əyirəm.

Onlar canları bahasına olsa da bu tarixi yazıllar. İnşallah tezliklə Şuşanın, Laçının azad olunması xəbərini eşidərik. Qismət olsun bir futbolçu kimi gedib Zəngilanda oyunlara çıxaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti