"Keşlə"də futbolçular baş məşqçidən ŞİKAYƏTÇİDİR

19 Oktyabr 2020 21:00 Şamaxı 693
"Keşlə"də futbolçular baş məşqçidən ŞİKAYƏTÇİDİR

«Keşlə»nin Premyer Liqanın geridə qalan 6 turunda 9 xal toplayıb.

2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan paytaxt təmsilçisi, nəticələrdən göründüyü kimi, qeyri-sabit çıxış edir.

Futbolçular bunun səbəbini özlərində yox, məşqçi korpusunda görürlər. Onlar yenə narazıdır: bu dəfə gündəlik hazırlıq prosesindən. Komanda üzvləri artıq bu barədə rəsmiləri məlumatlandırıblar.

Şikayətin motivi budur ki, məşqlərdə taktiki təmrinlərə yer verilmir. Verilsə də, bu, çox az vpxt təşkil edir.

Yunis Hüseynov əsas diqqəti toplu çalışmalara və ikitərəfli oyuna yönəldib ki, futbolçuların heç də xoşuna gəlmir. Hətta etiraf ediblər ki, Tərlan Əhmədovun vaxtında məşqlər bundan maraqlı keçirdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU