Azərbaycan klubu futbolçusundan FİFA-ya şikayət etdi

13 Oktyabr 2020 18:06 Şamaxı 697
Azərbaycan klubu futbolçusundan FİFA-ya şikayət etdi

«Keşlə» Aleksandr Kristavaodan FİFA-ya qarşılıqlı şikayət məktubu göndərib.

Sportinfo.az-ın məlumatına görə, paytaxt klubu anqolalı hücumçunun düşərgəni icazəsiz tərk etməsi barədə beynəlxalq futbol qurumunu məlumatlandırıb.

Məktubda qeyd olunub ki, futbolçu avqustun 31-də qabaqcadan heç kimi xəbərdar etmədən ölkə hüdudlarını aşıb və Niderlanda yollanıb.

Həmçinin bildirilib ki, Kristavao Azərbaycanda olduğu müddətdə dəfələrlə nizam-intizam kodeksini pozub, məşqlərə və oyunlara gecikib. Hətta «Laçi» ilə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən matça təyin olunan vaxtda gəlməyib.

«Keşlə» bütün bunları nəzərə alaraq, legioneri ilə müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməsini göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"