Bakı klubundan FİFA-ya şikayət - Qara məni basınca, qoy, qaranı mən basım…

5 Oktyabr 2020 16:14 Şamaxı 703
Bakı klubundan FİFA-ya şikayət - Qara məni basınca, qoy, qaranı mən basım…

Aleksandr Kristavao «Keşlə»dən şikayət edib.

Sportinfo.az-ın məlumatına görə, anqolalı hücumçu FİFA-ya müraciət ünvanlayıb.

O, Azərbaycan klubunun müqavilə şərtlərini yerinə yetirmədiyini və götürdüyü öhdəlikləri yerinə yetirmədiyini iddia eləyib.

Afrikalı forvardın Bakı təmsilçisi ilə kontraktı gələn ilin yayında bitəcək. «Keşlə» sentyabrda onun sözləşməsininə birtərəfli qaydada xitam verib. Səbəb ciddi və əsaslıdır:

Kristavao avqustun 30-da kluba xəbərdarlıq etməyərək, Azərbaycanın hüdudlarından kənara çıxıb. Legioner Niderlandda yaşayan ailəsinə baş çəkmək üçün bu addımı atdığını bildirib və dönüş biletinin alınmasını istəyib.

«Keşlə» haqlı olaraq bununla razılaşmayıb və futbolçuya yekun qərarı ilə məlumatlandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 12:40 "Qarabağ" SUSDU