"Azərbaycanda bir neçə klubla danışıqlar gedir"

23 Sentyabr 2020 11:34 Şamaxı 984
"Azərbaycanda bir neçə klubla danışıqlar gedir"

“Keşlə”nin sabiq futbolçusu Andre Klennon yenidən Azərbaycanda çıxış edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı futbolçu özü məlumat verib.

Hazırda ölkəsində “Humble Lions”un formasını geyinən yamaykalı ayrılmaq istədiyini bildirib: ”Xaricdə oynamaq istəyirəm. Legioner həyatı yaşayıb, yüksək səviyyədə çıxış etmək niyyətindəyəm. İran,

Türkiyə və Azərbaycanda karyeramı davam etdirə bilərəm. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir. Bu səbəbdən də daimi məşq edirəm, özümü hazır saxlamaq istəyirəm”.

Klennon 2018-ci ilin yanvarında 2019-cu ilin mayına qədər "Keşlə"də çıxış edib. O, Azərbaycan çempionatında keçirdiyi 27 oyuna 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti