Getmisən, bir də qayıtma! – ÖZBAŞINALIĞA REAKSİYA

10 Sentyabr 2020 18:06 Şamaxı 1 178
Getmisən, bir də qayıtma! – ÖZBAŞINALIĞA REAKSİYA

Avqustun 30-da "Keşlə” rəhbərliyinə qabaqcadan xəbərdarlıq etmədən Azərbaycanı tərk edən Aleksandr Kristavao yenidən geri dönmək fikrindədir.

Sportinfo.az-ın məlumatına görə, anqolalı hücumçu bu məqsədlə paytaxt təmsilçisinə müraciət ünvanlayıb.

Ailəsi Niderlandda yaşayan və hazırda bu ölkədə olan legioner "Keşlə" ilə müqaviləsini pozmaq niyyətində deyil. Hər halda o, komanda rəsmiləri ilə telefon söhbətində belə deyil.

Kristavo mətbuata açıqlamasında da bunu deyib: "Mən "Keşlə” ilə müqavilə imzalamışam və müqaviləm davam etdikcə, orada qalacam. Hazırda Niderlanddayam.

Şəxsi məsələlərlə bağlı ölkəmizə gəlmişəm. 5 iş günü ərzində pasport almalı idim. "Keşlə” də əla bilir ki, bunun üçün hazırda buradayam.

Həmçinin uzun müddətdir ki, ailəmi görmürdüm. Onları da görmək istədim. Milli komandalara görə yaranan fasilə bunun üçün fürsət oldu.

Klub da bilir ki, 6 sentyabrda yenidən Azərbaycana qayıdacam. Necə qaça bilərəm ki, mənim hər şeyim, evim Azərbaycandadır, Bakıda qalıb. Klub bilet məsələsini həll etdikdən sonra Azərbaycana gəlirəm”.

Fəqət, Premyer Liqanın bürünc medalçısı intizamsız futbolçunu saxlamaq fikrindən uzaqdır. Hazırda onun meneceriylə danışıq aparılır və anlaşmaya qarşılıqlı xitam verilməsinə çalışılır.

Kristavao müqavilə birtərəfli pozulacağı halda "Keşlə”dən şikayət edəcəyini deyib. O, kompensasiya almaqda israrlıdır. Lakin onun intizamla bağlı problemləri olduğunu, klubun düşərgəsini icazəsiz tərk etməsini və vaxtında geri dönməməsini nəzərə alsaq, istəyinə çatacağı şübhəlidir.

İstənilən halda, bu məsələ problemsiz bitməyəcək. "Keşlə”nin baş məşqçisi Yunis Hüseynov oyunçunu heyətdə görmək istəmədiyini mətbuata bildirib.

Klub da tezliklə əməli addım atacaq, amma sonra iş FIFA-da çəkişməyə kimi gedə bilər. Kristavao oyunçu kimi "Keşlə” üçün faydasız biri olub.

İlin əvvəlində gələn hücumçu ötən mövsüm 6 oyunda forma geyib, cari çempionatın ilk turunda da start heyətdə olub. Avropa Liqasında "Laçi”yə qarşı da start heyətdə mübarizə aparan futbolçunun hesabında qol yoxdu.

Ümumiyyətlə, "Keşlə” 27 yaşlı hücumçunun karyerasında 10-cu klubdu. İndiyədək heç yerdə bir mövsümdən artıq keçirməyən, bəzən ildə 2 klub dəyişən Aleksandr xaraktercə problemli biridir.

Məhz xasiyyəti üzündən o, Azərbaycan karyerasını da qalmaqalla qapayır. Bu məqamda maraqlı olan klubun onu niyə transfer etməsidir. Futbolçunu heyətə qatarkən onunla bağlı məlumat toplamaq, dosyesinə baxmaq lazım idi.

Görünür, Tərlan Əhmədov bu kimi vacib məqamlar yox, tamamilə başqa şeylər maraqlandırıb. Guya keçmiş baş məşqçinin bəyəndiyi legionerlərdən hansı yaxşı çıxıb ki? İki-üç nəfər olar, ya olmz. Əksəriyyəti zibil vedrəsinə atılasıı legionerlərdir.

Əslində, Kristavao bu mövsüm Azərbaycanda qalmamalı idi. Klub rəhbərliyi onunla müqaviləni yeniləmək istəmirdi. Əhmədovun maraq dairəsində olan ıdigər hücumçularla danışıqlar alınmadığından, anqolalı təyyarə trapından geri döndü və kontrakt 1 il müddətinə uzadıldı.

«Laçi» ilə Avropa Liqasının I təsnifat mərhələsinin qarşılaşmasında əla qol epizodunu qaçıran afrikal legionerə Yunis Hüseynovun da münasibəti yaxşı deyil. yeni baş məşqçi onunla Premyer Liqanın ilk turundaca toqquşub.

Belə ki, «Sumqayıt»la səfər matçının ikinci hissəsində əvəzlənməsinə etiraz edən futbolçuya Hüseynov səssiz qalmayıb. O, deyinə-deyinə ehtiyat skamyaya yaxınlaşan Kristavaonu «ağ yuyub, qara sərib».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti