Rövnəq Abdullayev millinin pulunu iki dəfə artırdı

10 Sentyabr 2020 10:52 Şamaxı 1 711
Rövnəq Abdullayev millinin pulunu iki dəfə artırdı

AFFA prezidenti Rövnəq Abdullayev millinin futbolçularına növbəti dəfə jest edib.

Sportinfo.az-ın məlumatına görə, federasiya başçısı Millətlər Liqasının ikinci turunda Kiprə səfərdə 1:0 hesabıyla qalib gələn millinin mükafat fonlunu ikiqat artırıb.

Belə ki, futbolçular hərəyə 15000 manat yox, 30000 manat alacaq. Nikosiyada keçirilən matçı televizordan izləyən Abdullayevə komandanın oyunu xoş gəlib və o, Monteneqro ilə qarşıdakı matçlara daha motivasiya ilə hazırlaşmaları üçün belə bir qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti