Pulunu ala bilməyən futbolçuların müraciəti QULAQARDINA VURULDU

12 Avqust 2024 09:40 Şamaxı 1 198
Pulunu ala bilməyən futbolçuların müraciəti QULAQARDINA VURULDU

«Şamaxı» ilə buradan ayrılmış futbolçular arasında narazılıq get-gedə böyüməkdədir.

I Liqada çempion olmuş heyətdən uzaqlaşdırılmış oyunçular maaş borcunun ödənilməsi üçün kluba müraciət edib.

Bu barədə redaksiyamıza onların özləri məlumat verib. Bildirilib ki, artıq 3 aydır əməkhaqlarını almırlar və şikyətlərinə baxılmır.

«Şamaxı» rəhbərliyi keçmiş futbolçularının çağırışını qulaqardına vurub. AFFA-dan isə sabiq «şirlər»ə bir qədər də gözləmələri məsləhət görülüb.

Federasiya rəsmiləri onlarla görüşə gələn oyunçulara «Şamaxı» ilə danışıqlar apardıqlarını söyləyib.

Qeyd ediblər ki, əgər bu yolla problemi çözmək mümkün olmasa, UEFA və FİFA-ya şikayət məktubu göndərmələrinə köməklik göstəriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik