COP29

Premyer Liqadan müdafiəçi icarəyə götürdü, "forvard" çıxdı

12 May 23:20 Şamaxı 649
Premyer Liqadan müdafiəçi icarəyə götürdü, "forvard" çıxdı

"Şamaxı"nın qış fasiləsində heyətinə qatdığı 3 futbolçudan biri Səbayıl Bağırov oldu.

Təcrübəli müdafiəçi Premyer Liqanı Birinci Liqa təmsilçisinə dəyişdi.

"Şirlər" onu "Turan Tovuz"dan mövsümün sonuna kimi icarəyə götürdü.

28 yaşlı oyunçu arxada qalan 3 ayda özünü yaxşı tərəfdən göstərdiyini demək olar.

Qısa müddətdə komandasının vacib fiquruna çevrilən futbolçu təkcə mövqeyinə uyğun olaraq müdafiədə yox, həm də hücumdakı məhsuldarlığı ilə "Şamaxı"ya böyük dəstək olub.

Meydana çıxdığı 13 matçda nə az, nə çox 4 dəfə topu rəqib qapılarından keçirib.

Bir müdafiəçi üçün kifayət qədər məhsuldar göstəricidir.

Digər maraqlı fakt isə ondan ibarətdir ki, onun fərqləndiyi 4 matçdan heç birində komandası məğlub olmayıb.

3 oyunda qələbə qazanan region klubu 1 matçda bərabərliklə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"