"Canı ilə əlləşən" klubun diqqətdən kənar qalan "DÖYÜNƏN ÜRƏYİ"

27 May 2023 17:00 Şamaxı 1 296
"Canı ilə əlləşən" klubun diqqətdən kənar qalan "DÖYÜNƏN ÜRƏYİ"

Bu mövsüm ancaq yerli futbolçularla oynamağa qərar verən “Şamaxı” bir çox gənclərin üzə çıxmasına vəsilə olmuş oldu.

Onlardan ən parlaq çıxışla yadda qalanı isə sözsüz ki, Fuad Bayramovdur.

Bir həftə əvvəl 25 yaşı olan müdafiəçini ötən yaya kimi heç kim tanımırdı.

Amma qısa müddətdə Fuad özünü yaxşı tərəfdən göstərməyi bacardı.

Yaxşı cinah asmaları olan futbolçunun ikili mübarizələrdə də effektiv olması qeyd olunmalıdır.

Hətta bir neçə baxımlı qolla da gündəmə gəlməyi bacarıb.

Fuada arxada qalan 35 turda 8 asistlə yadda qalıb. O, bu göstəricidə yalnız “Qarabağ”da Leandro Andradedən (16 asisti var) geri qalır.

Bayramov dörd dəfə rəqib qapılarının torunu silkələməyə müəssər olub.

Bu, “Şirlər”in sezon boyu vurduğu 26 qolun nə az, nə çox 12-də birbaşa iştirak deməkdir.

Bir müddət milli komandaya dəvət olunması belə müzakirə olunurdu.

Ehtimal etmək olardı ki, mövsümün sonuna yaxına bir neçə təklif onu gözləyəcək.

Amma əldə etdiyimiz məlumata görə, arxa xətt oyunçusuna heç kim maraq göstərmir.

Nə futbolçunun özünə, nə də klubuna hər hansı real təklif edilməyib.

Fuad Bayramovun “Şamaxı” ilə müqaviləsi 2025-ci ilə kimidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti