“Şamaxı”nın qələbəsi nə qədər verir?” - FOTOLAR

28 Noyabr 2022 22:20 Şamaxı 549
“Şamaxı”nın qələbəsi nə qədər verir?” - FOTOLAR

Sərlövhədəki sitat ürəyi futbolla döyünən və pul qazanmaq sevdasına düşən azarkeşə yox, polisə məxsusdur.

Şamaxı şəhər stadionunda asayişi qorumaq tapşırığı alan hüquq-mühafizə orqanın bir neçə əməkdaşı “Şamaxı” – “Kəpəz” matçının fasiləsində sözügedən oyunla bağlı danışanda biri digərinə məhz bu sualı verdi.

Təbii ki, polis də insandır və qanuni mərc oyununda iştirak imkanını heç kim əlindən almayıb. Əsas odur klubun, yaxud federasiyanın rəsmi işçisi deyil.

Amma ilk hissənin gedişində digər polislərin mətbuat nümayəndələri üçün ayrılmış çay süfrəsindən özünə də pay görməsi mütləq və mütləq qınanmalıdır.

“Poqonlular”ın vəzifə borcu stadiondakı təhlükəsizliyin təmin olunmasına çalışmaqdır. Oyunun gedişində, yaxud fasilədə özlərinə aid olmayan otaqlara baş çəkmək yox.

“Şamaxı”nın mətbuat katibi Yusif Hüseynin iradından sonra yəqin ki, polis dostlarımız bir də inzibati otaqlarla “tanış olmaq” həvəsinə düşməz.

Hansısa mənada onları qınamaq da doğru deyil.

Bölgədə baş tutan, sonuncu olmamaq mübarizəsinə girişən komandaların duelinə azarkeş marağı istənilən səviyyədə deyilsə, yəni arenada ciddi təhlükə gözlənilmirsə, polis canını isitmək üçün otaq da axtaracaq, yeri gəlsə mərc oyununda pul qazanmağı da düşünəcək.

200, ən yaxşı halda 300 şamaxılı, 13-15 nəfərdən ibarət gəncəli azarkeş bölgədəki PREMYER LİQA qarşılaşmasını canlı izləyirdi.

“Kəpəz”in hesabda öndə olması Tərlan Əhmədovun əhvalına yaxşı mənada təsir etmişdi.

Gəncə təmsilçisinin çalışdırıcısı ilk yarının gedişində qonaqların qapısına penalti təyin olunmamasına görə özündən çıxan köməkçilərindən birinə sərt formada, həm də bir neçə dəfə xəbərdarlıq etdi: “Otur aşağı!”

Ehtiyat oyunçular skamyasının üstü örtülü olduğundan, köməkçinin kimliyini həmin anda dəqiqləşdirmək mümkün olmadı. İkinci yarının gedişində, oyunun ən gərgin vaxtında Tərlan Əhmədova yaxınlaşıb görüşən şəxsin kimliyini bilmədiyimiz kimi.

Mülki geyimli şəxs oyun gedə-gedə dəhlizdən çıxıb texniki zonaya tərəf gəldi, “Kəpəz”in baş məşqçisini yanına səslədi, Əhmədov da müraciəti yerə salmayıb ona tərəf addımlayıb görüşdü. OYUNUN GEDİŞİNDƏ!

Və çox keçmədən meydan sahibləri bərabərlik qolunu vurdu.

Şamaxıda futbola baxmaq həzz verir. Təki bu həzzi yerli camaat stadionu doldurmaqla yaşamağı bacarsın.

HƏBİB, Şamaxı

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı