«Keşlə» müqaviləsi yayda bitəcək heç bir futboluçusuna yeni sözləşmə təklif etməyib.
Buna səbəb klubun gələcəyi ilə bağlı bir çox sual və problemlərin yaranmasıdır.
Belə ki, AFFA-nın paytaxt təmsilçisinə ayırdığı büdcəni iki dəfə azaldacağı gözlənilir. Artıq bununla bağlı federasiyadan şifahi xəbərdarlıq gəlib.
Qeyri-müəyyənlik mənbəyi SOCAR olan maliyyənin bu kimi məsələlərə yenidən baxmağa hazırlaşmasından da irəli gəlir.
Düzdür, «Keşlə»nin fəaliyyətini dayandırmaq təhlükəsindən danışmaq hələ çox tezdir, amma ən pis perspektivdə bu da mümkün görünür. Hər halda neft şirkətində nə qərar veriləcəksə, o da olacaq.
AFFA bu bəd xəbərin «Keşlə»nin haqlamasını istəmir və müxtəlif vasitələrlə klubun yaşamasına cəhd göstərir. Vəziyyət belə şiddətli hal almasaydı, sabiq «bankirlər» cari mövsümün əvvəlindən bəri maddi çatışmazlıqlarla üzləşməzdi.
Təsadüfi deyil ki, «Keşlə» ötən ilin yayından bəri stabit maliyyə dəstəyinə möhtac qalıb. Burada ödəmələr arasında «uzun quyruqlar» əmələ gəlib. Maaşlar iki-üç aydan bir verilir, bəzən bu fasilə 4 aya çatır.
SPORTİNFO.AZ

