Azərbaycan klubunun futbolçusu yenə koronavirusa yoluxdu

14 Mart 2021 00:42 Şamaxı 1 074
Azərbaycan klubunun futbolçusu yenə koronavirusa yoluxdu

"Keşlə"nin futbolçusu İlkin Qırtımovda ikinci dəfə koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX turun oyunundan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sağ cinah müdafiəçisinin test nəticəsi bu gün müsbət çıxıb. Qurbanov oyunçunun dərhal təcrid edildiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!