“Keşlə”nin sabiq legioneri Artur Batista de Souza karyerasını vətəni Braziliyada davam etdirəcək.
Sportinfol.az xəbər verir ki, 26 yaşlı müdafiəçi “Qremio Brazil” ilə müqavilə bağlayıb.
Müqavilənin detalları və müddəti barədə məlumat verilmir.
Artur ötən ilin avqustunda “Keşlə” ilə müqavilə bağlayıb. Bu qış transfer pəncərəsi zamanı isə onunla yollar ayrılıb.

