«Keşlə» paytaxt derbisini «Neftçi»yə uduzdu.
Adətən, bir komanda meydandan boynubükük ayrılanda, günahkar texniki zonada axtarılır.
Bu dəfə də fərqli istiqamətə üz tutmaq lazım deyil.
90 dəqiqə göstərdi ki, Sənan Qurbanovun nəinki baş məşqçi olmasına, sıradan bir məşqçi olmasına illər, hətta qərinələr lazımdır. Bəlkə heç bu müddət də bəs etmədi, olmad.
Samir Abasovun «Neftçi»sinə qarşı oynayırsansa, velosiped kəşf etmək lazım deyil.
Rəşad Sadıqov o «velosiped»i artıq kəşf edib, özü də dörd dəfə sınaqdan keçirib. Hamısı da uğurla təcrübədən keçib.
Sadıqovun «Zirə»si Abasovun «Neftçi»si ilə dörd dəfə üz-üzə gəlib, iki qələbə qazanıb, iki də heç-heçə edib. «Zirə» bu oyunlarda qapısından 1 top da buraxmayb.
Sadıqov əksər həmkarları üçün taktiki dərslik hazırlayıb, ağlın bir az işləyirsən, buyur, istifadə elə, sən də yararlan, bəhrəsini də gör.
Sadıqov bu taktki dərsliyi sadə dillə yazıb, mücərrəd üslubdan istifadə etməyib.
Orada göstərilir ki, futbolçu potensialın zəifdirsə, «Neftçi»yə qarşı açıq futboldan imtina eləməlisən, qapanmalısan, yaxın oynamalısan, geniş zona verməməlisən, fürsət düşdüyündə, bəxtini əks-hücumda yoxlamalısan.
Vəssalam, dərlsliyin içi, qayasi bunca sadədir, anlaşılandır.
Görünür, Sənan Qurbanov bunu anlamağa da çətinlik çəkir. Yaxud da ki, o, özünü Arximedin, Nyutonun, Kolumbun müasiri hesab edir.
Ay dadi-bidad, sənə lazımdır bu? Şəhriyar Əliyevin zədəlidir, oynaya bilmir, bunu bildiyin halda, müdafiənin qapıısını niyə taybatay açırsan?
Orta və arxa sahə arasında məsafəni kiçildə bilmirsən, amma zonaları boş qoyursan - haranaa yaraşır «vabank» futbol?
Bir halda ki, hücumda tək ümidin yerin də Abanqdır, nəyə ümid bəsləyirsən? Açıq futbol oynayan komanda fiziki və taktiki cəhətdən daha hazırlıqlı olmalı, hər riski gözünün altına almalıdır.
Ona heyrətlənirəm ki, Qurbanov 1 aydan rtıqdır buradadır, hələ də futbolçularını tanıya, onların potensialına bələd ola bilməyib. Yatıb yuxuda nə görür, səhər durub gəlir ki, belə oynayaq. Di, dincəl indi!
Müdafiə xəttin etibarsız, yarımmüdafiə xəttin ləng, hücum xəttin «dişsiz» - hansı ağıl və məntiqlə «Neftçi»yə təklif edirsən ki, gəl, açıq futbol oynayaq? Adamda düşünmək və müşahidə etmək qabiliyyəti də yaxşı şeydir.
Quyuya su tökməklə deyil, gərək quyu özü sulu olsun. Sənan Qurbanovun «quyu»su boşdur, ondan məşqçi düzəltmək ondan da boş gözləntidir.
ELNUR

