"Bütün oyunlara maksimum motivasiya və istəklə çıxırıq.
"Səbail"lə oyunda da qələbəyə yaxın olsaq da son dəqiqələrdə qələbəni əldən verdik".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Rafael Məhərrəmli deyib.
Gənc futbolçu ardıcıl 3 oyunda da hesabda önə çıxıb, amma sonda qələbə qazana bilməməklərini şanssızlıqla əlaqələndirib.
Məhərrəmli növbəti görüşdə rəqibləri olacaq "Neftçi" ilə oyundan da söz açıb: "Rəqibimizin lider olmağına baxmayaraq, hər oyuna necə istəklə çıxırıqsa, bu oyuna da ikiqat motivasiya ilə çıxacağıq".