"Formadan düşməyimin səbəbləri var" - Vüsal İsgəndərli

3 Mart 2021 21:20 Şamaxı 585
"Formadan düşməyimin səbəbləri var" - Vüsal İsgəndərli

"Çətin oyun olacağın bilirdik. İstəkli komandaya qarşı oynadıq.

Son iki oyunda olduğu kimi yenə hesabda önə keçdik, ancaq qələbə qazana bilmədik.

Əlimizə düşən imkanlardan istifadə eləsəydik qələbə qazanardıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib.

İstedadlı futbolçu ardıcıl 3 görüşdə də hesabda öndə olmalarına baxmayaraq, sonda qələbəyə həsrət qalmalarını belə izah edib: "Bəli, Bu bizi də çox narahat eləyir.

Son oyunda önə keçdikdən sonra hər kəs daha diqqətli olmaq lazim olduğunu dedik. Ancaq yenə standart vəziyyətdən qol buraxdıq. Bir az diqqətsizlik qola gətirib çıxardı".

İsgəndərli son zamanlar formasında eniş olması fikri ilə razılaşdığını bilidirib: "İstədiyim formadan uzağıydım, ancaq son 3 görüşdə hiss edirəm ki, əvvəlki formamı yığmağa başlamışam.

İnşallah, əvvəlkindən daha da güclü olacağam. Formadan düşməyimin səbəbləri vardı. Sadəcə bunları bəhanə etmək istəmirəm. Çalışıb daha güclü olmalıyam".

Digər Xəbərlər
Xəbər Lenti