Premyer Liqanın son 6 turunda qələbə üzü görməyən "Keşlə"nin futbolçuları 40 min manat ı "ovcunun içindən qaçırıb".
"Sabah"la matçın 90+1-ci dəqiqədə Fofana Tiemokonun bərabərlik qolunu vurmasına mane ola bilməyən qonaqlar üzüntülü anlar yaşayıb.
Klub rəsmiləri onlarla görüşdə maraqlı rəqəm səsləndirib. Bildirilib ki, yeni ildən sonra keçirilən oyunlara üst-üstə 200 min manat mükafat qoyulub:
"Bu qədər pulu hər komandada vermirlər. Qələbə qazan, səhər də gəl, mükafatını götür. Hər dəfə bizdə nəsə çatmır, qələbəyə mane olur".
SPORTİNFO.AZ