"Buna görə Azərbaycan klubundan müqaviləmin ləğvini xahiş edərək, qayıtdım"

17 Fevral 2021 14:00 Şamaxı 1 024
"Buna görə Azərbaycan klubundan müqaviləmin ləğvini xahiş edərək, qayıtdım"

"Azərbaycanda, "Keşlə"də klubunda mənə oynamaq üçün kifayət qədər şans verilmədi".

Sportinfo.az xəbər verir ki, bunu Ukrayna "Lvov"una keçən "Keşlə"nin sabiq legioneri Alvaro Tavareş klubun rəsmi saytına müsahibəsində deyib.

26 yaşlı hücumçu yenidən Lvov təmsilçisinə qayıtdığı üçün çox sevindiyini bildirib: "Keşlə"də yaxşı məşq edirdim. Az fürsət əldə etdim və həmin anlarda komandaya köməklik göstərə bildim.

Rəsmi oyunlarda bir neçə dəqiqə keçirməyimin səbəblərini başa düşmədim. Buna görə sözləşmənin ləğvini xahiş edərək, Lvova qayıtdım".

"Keşlə" Alvaro Tavareşlə 2020-ci il sentyabrın 8-da müqavilə imzalayıb. Braziliyalı oyunçunun sözləşməsi noyabrın 30-da ləğv edilib. Paytaxt klubunda 6 oyun keçirən forvard 1 qol vura bilib.

Digər Xəbərlər
Xəbər Lenti