"Keşlə" Moldova millisinin futbolçusu Yevgeni Koçuku heyətinə qatıb.
Paytaxt təmsilçisinin rəsmi saytı Sportinfo.az-ın günlər əvvəl yaydığı xəbəri bu gün təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/kesle/105352.html).
27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Yevgeni Koçuk bundan əvvəl Moldovanın "Daçia", Slovakiyanın "Jilina", Azərbaycanın "Səbail" və "Sabah" klublarında çıxış edib. O, yığmada 25 oyun keçirib.