Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, “Keşlə” I divizion klubu “Kəpəz”i sınağa çəkib.
1/8 finalda “Sabah”ı mübarizədən kənarlaşdıraraq sensasiyaya imza atan gəncəlilər Premyer Liqanın digər təmsilçisinə də müqavimət göstərib.
“Keşlə” yalnız Sezar Meza Kollinin penaltidən vurduğu yeganə qolla qalib gəlib. Ancaq bu nəticə “Kəpəz”i cavab görüşü üçün ümidləndirir.