Qurbanovun Quliyevi vəzifədən uzaqlaşdırmağa gücü çatmadı

28 Yanvar 2021 19:20 Şamaxı 1 593
Qurbanovun Quliyevi vəzifədən uzaqlaşdırmağa gücü çatmadı

«Keşlə» rəsmiləri yenicə baş məşqçi təyin olunan Sənan Qurbanovun növbəti tələbini yerinə yetirməyib.

Sportinfo.az-ın komandanı Yunis Hüseynovdan təhvil alan çalışdırıcı Kamal Quliyevlə çalışmaq istəmədiyini bildirsə də, idarəçilər adıçəkilən yardımçı ilə vidalaşmaqdan imtina edib.

Onun nəzərinə çatdırılıb ki, Quliyevin fəaliyyəti rəhbərliyi qane edir və heç bir halda düşərgədən göndərilməyəcək.

Qurbanov işə başlayan günü Rəşad Sadiqovun «axırına çıxıb». Görünür, yönətim də ondan narazı imiş. Yoxsa oynayan məşqçi funksiyasını yerinə yetirən Sadiqov belə asanlıqla və tez-tələsik işdən azad olunmazdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2