Dünən «Keşlə»nin sükanı arxasına keçən Sənan Qurbanov özünə yeni köməkçi götürüb.
Sportinfo.az-ın məlumatına görə, o, Azər Bağırova korpusunda yer verib.
ikinci son olaraq «Qəbələ»də çalışıb. Ötən ilin əvvəlində «Turan»dan «Qəbələ»yə gələn Bağırov mayda buradan ayrılıb və ovaxtdan işsiz idi.
Qurbanovun baş məşqçi təyin olunan gün Rəşad Sadiqovu klubdan uzaqlaşdırmasını bir daha qeyd edək. Onların hələ «Qəbələ»dən münasibəti yaxşı olmayıb.
Yeni çalışdırıcı Yunis Hüseynovdan boşalan postu təhvil alan kimi Sadiqovun getməsini istəyib. Belədə paytaxt təmsilçisi oynayan məşqçi kimi xidmətindən yararlandığı Rəşadı yola salıb.