Yunis Hüseynov məğlub komandasından razılıq edib

22 Yanvar 2021 19:00 Şamaxı 908
Yunis Hüseynov məğlub komandasından razılıq edib

“Hər bir komanda qələbə qazanmaq istəyir. Fasilədən sonrakı ilk oyunlarda güclər bərabər olur”.

Sportinfo.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XIV turunda “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis matçdan sonrakı mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Təəssüf ki, qələbə qazana bilmədik. Meydanda azlıqda qaldıq. Amma komandamın oyunundan narazı qalmadım. Uşaqlar yaxşı mübarizə apardılar. 10 nəfərlə qalsaq da, üstünlük bizdə oldu. Amma imkanlardan istifadə edə bilmədik”.

- Elçin Mustafayevin bu səhvi bağışlanacaq?

- Hər bir cavan oyunçunun üstündən bir səhvə görə xətt çəkilsə, oyunçular inkişaf edə bilməz. Çalışacağıq onu həvəsləndirək.

- Vüsal İsgəndərli bu gün formada deyildi...

- Əksinə, mən Vüsaldan da, digər oyunçulardan da razı qaldım. Təki pis oynayıb 3 xal qazanaq. Amma bu gün uduzmalı deyildik.

- Növbəti oyunda sağ cinahda kimi oynadacaqsınız?

- İndidən bunu deyə bilmərəm. Amma o cinahda oynamağa futbolçularımız var.

- Anatole Abanq dərhal əsas heyətdə meydana çıxacaq futbolçudur?

- Artıq çəkisi yoxdur, bunu əmin edə bilərəm. Bu, onun ilk oyunudur. "Neftçi" ilə yoxlama görüşündə özünü yaxşı tərəfdən göstərmişdi. Oyun ərzində sürüşmələrinə mən də əsəbləşdim. Amma matçdan sonra bildik ki, butsunda problem var.

- Ardıcıl məğlubiyyətlərin səbəbi, ümumiyyətlə, çatışmayan nədir?

- Normal oynayırıq. Amma qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Rəqibin bugünkü qolu da bəxtsizlikdən oldu. Hər matçda 2-3 qol şansın olur, yararlanmadınsa, əlbəttə, uduzacaqsan. Futbolda bəxt amili də böyük rol oynayır. 25-ci dəqiqədə artıq 3-4 oyunçumuz sarı vərəqə almışdı. Bu da oyunçuların ehtiyatlı oynamasına səbəb olur. Bu gün 10 nəfərlə rəqibdən yaxşı oynadıq.

- Zaur Axundovun bu nəticələrə münasibəti necədir?

- Zaur müəllim komandaya inanır. Bir oyunla hər şeyin üstündən xətt çəkmək olmaz. Belə davam etsək, daha yaxşı olacaq. Komandamıza özüm kimi inanıram.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi