"Tənbəldilər, məşqdə heç tərləmək də istəmirlər" - Baş məşqçi 2 legionerdən şikayətləndi

21 Yanvar 2021 19:00 Şamaxı 1 233
"Tənbəldilər, məşqdə heç tərləmək də istəmirlər" - Baş məşqçi 2 legionerdən şikayətləndi

«Keşlə»nin baş məşqçisi Yunis Hüseynov 2 legionerdən klub rəhbərliyinə şikayətlənib.

Sportinfo.az-ın məlumatına görə, o, Miyusko Boyoviçlə Con Kamaranı komandadan uzaqlaşdrmaq istədiyini bildirib.

Çalışdırıcı adları çəkilən futbolçularn işinə münasibətindən narazıdır və məşqlərə barmaqarası yanaşmasını iddia edib.

Hüseynov onların kollektiv daxilində ab-havanı korlamasına da diqqət çəkib və haqlarında «tənbəldilər, məşqdə heç tərləmək də istəmirlər» ifadəsini işədib.

Digər Xəbərlər
Xəbər Lenti