Premyer Liqa klubundan ayrılan braziliyalı "Lvov"da

20 Yanvar 2021 18:00 Şamaxı 800
Premyer Liqa klubundan ayrılan braziliyalı "Lvov"da

Ötən ilin noyabrında "Keşlə"dən ayrılan braziliyalı legioner Alvaro Tavareş müqavilə ilə məxsus olduğu Ukrayna "Lvov"una qayıdıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "footboom" nəşrinə açıqlamasında 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

O, Lvov təmsilçisində qalmaq istədiyini və bu mövsüm komandasına vacib hədəflərə çatmaqda kömək etməyi planlaşdırdığını bildirib.

"Keşlə"nin heyətində 6 oyun keçirən Alvaro Tavareş 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı