Büdcədə vəsait qurtardı, transfer bazarlığı dayandırıldı

19 Yanvar 2021 22:20 Şamaxı 967
Büdcədə vəsait qurtardı, transfer bazarlığı dayandırıldı

«Keşlə» transfer çalışmalarını dayandırıb.

Sportinfo.az-ın məlumatnaa görə, bu, maliyyə ehtiyatının tükənməsi ilə əlaqədardır.

Belə ki, qış fasiləsində 4 yeni futbolçu alan paytaxt təmsilçisinin büdcəsində əlavə vəsaitin qalmadığı üzə çıxıb.

Qəfil verilən qərar bir müddətdir danışıqlar aparılan legionerlərlə görüşmələri dondurub. Halbuki Premyer Liqanın bürünc medalçısı bir mərkəz müdafiəçisi və yarımmüdafiəçi ilə anlaşmağa çox yaxın idi.

«Keşlə» yeni ilin gəlişindən sonra Sadion Tounkara, Nicat Qurbanov və Anatolie Abanq ilə müqavilə imzalayıb. «Sabah»dan isə Elçin Mustafayev 6 aylıq icarəyə götürülüb.

Digər Xəbərlər
Xəbər Lenti