Zaur Axundov yenə də kasıb-kusubları fikirləşdi və…

29 Dekabr 2020 17:40 Şamaxı 1 706
Zaur Axundov yenə də kasıb-kusubları fikirləşdi və…

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov klubda çalışanları növbəti dəfə sevindirib.

Əsas komandanın Premyer Liqada uğursuz çıxış etməsinə baxmayaraq, o, kollektivin Yeni ili pulsuz qarşılamasına razı olmayıb.

Dünya Azərbaycanlıların həmrəylik Gününün yaxınlaşmasını nəzərə alan Axundov son maaş borcunun tamamilə ödənilməsinə tapşırıq verib. Beləliklə, «Keşlə»rəhbərliyi bütün maliyyə öhdəliklərini yerinə yetirib.

Artıq paytaxt təmsilçisinin bir futbolçusuna və işçisinə 1 manat borcu qalmayıb. O da qeyd olunmalıdır ki, Zaur bəy bunun üçün öz şəxsi büdcəsindən də istifadə edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti